Unibank yeni filialını müştərilərin istifadəsinə verib. “Sədərək” Ticarət Mərkəzində yerləşən Unibank Biznes Mərkəzi müştərilərə bütün bank xidmətlərini göstərir.
Filial əsasən “Sədərək” və “Binə” Ticarət Mərkəzlərində yerləşən göstərən sahibkarların biznesinə dəstək məqsədilə fəaliyyətə başlasa da, ətraf ərazilərdə yaşayan biznes sahibləri və fiziki şəxslər də filialın xidmətlərindən faydalana bilər. Biznes Mərkəzi müştərilərə kassa hesablaşma əməliyyatları, biznes və pərakəndə kreditlərin ayrılması, əmanət qoyuluşu, plastik kartların verilməsi, nağd valyuta əməliyyatları və digər bank xidmətləri göstərir.
Filial müştərilərə ən yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Yeni konseptə uyğun olaraq, filialın qarşısında 24/7 müştərilərin xidmətində olan UTM və ödəmə terminalları quraşdırılıb. Bu avadanlıqlar müştərilərə günün istənilən vaxtı mədaxil-məxaric, ödəmə əməliyyatlarından çox rahat şəkildə istifadə imkanı yaradır
Yüksək səviyyəli xidmətdən və keyfiyyətli bank məhsullarından faydalanmaq istəyənlər həftənin beş günü “Unibank”ın “Sədərək” TM-də yerləşən filialına müraciət edə bilər.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və bölgələrdə yerləşən bəzi filiaları şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Unibank-Sənin Bankın!
Bizi sosial şəbəkələrdən izləyin!!