Müəllif:Mehin Qasımova/Banco.az
ABŞ-ın ən böyük banklarından biri olan "Citigroup" yüzlərlə menecerini işdən çıxardıb.
Banco.az xəbər verir ki, bank təşkilati dəyişikliklərin növbəti mərhələsinə keçdiyini açıqlayıb.
Citigroup-un İcraçı Direktoru (CEO) Jane Fraser yenidənqurma çərçivəsində 300-dən çox menecerin işinə son verdiyini bildirib.
Məlumata görə, bu rəqəmin bank işçilərinin təxminən 10 faizini təşkil etdiyi qeyd edilib.
Bu təşkilati dəyişikliklərin Nyu Yorkda yerləşən bankın son 20 ildəki ən böyük restrukturizasiyası olacağı bildirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!