Rusiya kömür müəssisələrinin gəlirləri çökdü | Banco.az

Rusiya kömür müəssisələrinin gəlirləri çökdü

Müəllif:Mehin Qasımova/Banco.az

Rusiya kömür müəssisələrinin ümumi gəliri 29% azalıb.

Banco.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Prezidenti yanında Komissiyanın ekoloji təhlükəsizlik üzrə işçi qrupunun rəhbəri  Anatoli Yanovski bildirib.

Belə ki, 2023-cü ilin birinci yarısının sonunda Rusiya kömür müəssisələrinin ümumi gəliri 2022-ci ilin eyni dövrü ilə müqayisədə 29 faiz azalaraq 1,137 trilyon rubla düşüb.

Onun məlumatına görə, yerli kömür müəssisələrinin vergidən əvvəl ümumi mənfəəti daha da azalıb .

Yanovski bu dinamikanı bir sıra amillərlə izah edib. Əsas səbəblərdən biri kömür qiymətlərinin düşməsi və müəssisə xərclərinin artması olub.

Eyni zamanda, hesabat dövründə kömür şirkətlərindən vergi endirimlərinin ümumi məbləği 51 faiz azalaraq 126,4 milyard rubl təşkil edib.

Ekspertlərin proqnozlarına görə, ümumi tələbat 2050-ci ilə qədər 67 faiz azalacaq. Eyni zamanda, Hindistan və Çin bu vaxta qədər Rusiya ixracatçıları üçün əsas rol oynamağı dayandıracaqlar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram