BVF Meksikaya 35 milyard dollar kredit limitinə razılıq verib | Banco.az

BVF Meksikaya 35 milyard dollar kredit limitinə razılıq verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Valyuta Fondunun (BVF) İcraçı Direktorlar Şurası Meksika üçün 2 illik 35 milyard dollarlıq çevik kredit limitini təsdiqləyib.

Banco.az xəbər verir ki, BVF-dən verilən açıqlamada Meksika rəsmilərinin yeni kredit limitini ehtiyat tədbiri kimi nəzərdən keçirmək niyyətində olduqları bildirilib.

Açıqlamada təsdiqlənmiş 35 milyard dollarlıq çevik kredit limitinin Meksikada böhranın qarşısını almaq üçün nəzərdə tutulduğu qeyd olunub.

Meksikanın çox güclü iqtisadi əsasları və institusional siyasət çərçivələri, eləcə də makroiqtisadi göstəriciləri və siyasət həyata keçirmə tarixi sayəsində kredit limiti üçün uyğun hesab edildiyi vurğulanan açıqlamada bunun 2009-cu ildən bəri Meksika üçün verilən 10-cu kredit limiti olduğu xatırladılıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram