Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan əhalisi bu ilin yanvar-oktyabr aylarında ərzaq məhsullarına 23 milyard 874 milyon manat vəsait xərcləyib.
Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu illik müqayisədə 2,4% çoxdur.
Qeyd edək ki, 2023-cü ilin yanvar-oktyabr aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,7 faizi ərzaq məhsullarının alınmasına sərf olunub.
Bizi sosial şəbəkələrdən izləyin!!