"Təmiz enerji texnologiyalarında ixtisaslı insan resurslarına ehtiyac var" | Banco.az

"Təmiz enerji texnologiyalarında ixtisaslı insan resurslarına ehtiyac var"

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq Enerji Agentliyi (IAA): Təmiz enerji texnologiyalarında ixtisaslı insan resurslarına ehtiyac var.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IAA) bu il ikinci dəfə dərc etdiyi Dünya Enerji Məşğulluğu hesabatında enerji sektorunda məşğulluq regional və texnologiya əsasında araşdırılmış və sektorun işçi qüvvəsinə ehtiyacları təhlil edilmişdir.

Hesabata görə, qlobal enerji sektorunda məşğulluq 2022-ci ildə 67 milyon nəfərə çatıb ki, bu da 2019-cu ildə pandemiyadan əvvəlki səviyyə ilə müqayisədə təxminən 3,5 milyon artım deməkdir.

Bu dövrdə təmiz enerji sektorlarında məşğulluq isə 4,7 milyon nəfər artaraq ümumilikdə 35 milyon nəfərə çatıb.

Qalıq yanacaq sektorunda məşğulluq 2020-ci ildə işdən çıxarılmalardan sonra yavaş bərpa tendensiyasına girsə də, 32 milyonla pandemiyadan əvvəlki səviyyədən 1,3 milyon nəfər az hesablanıb.

Ən sərfəli kredit üçün müraciət et

Çin 19,3 milyon iş yeri ilə dünyada enerji sektorunda ən çox məşğulluğa malik ölkə seçilib. Onu bu baxımdan Hindistan izləyir.

Qeyd edək ki, təmiz texnologiyalar arasında 4 milyon işçi sayı ilə günəş enerjisi sektoru ən böyük məşğulluğa sahibdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram