“Google” milyonlarla hesabı silməyə hazırlaşır | Banco.az

“Google” milyonlarla hesabı silməyə hazırlaşır

Müəllif:Mehin Qasımova/Banco.az 

İnternet nəhəngi iki il ərzində aktiv olmayan milyonlarla Gmail hesabını silməyi planlaşdırır.

Banco.az xəbər verir ki, "Google" qeyri-aktiv Gmail hesab sahiblərinə üç həftəlik xəbərdarlıq göndərərək, qeydiyyatlarını yeniləməyi və ya hesablarını itirmək riskini bildirib.

Bu qərar hesab sahiblərinin e-poçtlarını, sənədlərini, fotolarını və videolarını həmişəlik itirməsinə səbəb ola bilər.

Google-un bu addımı 2023-cü ilin dekabrında qüvvəyə minəcək. 

Google-un aktiv olmayan "Google" hesablarını silmə addımının təhlükəsizlik baxımından müsbət təsirləri olduğu bildirilir.

Onun aktiv "Google" istifadəçilərini fişinq, hesabın ələ keçirilməsi və fırıldaqçılıq kimi təhlükəsizlik təhdidlərindən qoruyacağı gözlənilir. Çünki  qeyri-aktiv "Google" hesablarının hakerlər tərəfindən oğurlanması riski daha yüksəkdir. Təsirə məruz qalan qeyri-aktiv Gmail hesab sahiblərinə hər hansı bir tədbir görülməzdən əvvəl çoxsaylı bildirişlər göndəriləcək.

Qeyd edək ki, "Google" artıq təsirlənmiş hesablara e-poçt göndərməyə başlayıb. Hesablarının silinmə riski olan hesab sahibləri e-poçt açmaq və ya göndərmək, Google Diski açmaq və ya Google Play Store-dan proqram yükləməklə bunun qarşısını ala bilərlər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram