Avtomobillərin icbari sığortası bazarı 51%-dən çox böyüyüb | Banco.az

Avtomobillərin icbari sığortası bazarı 51%-dən çox böyüyüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında avtomobillərin icbari sığortası üzrə yığımlar 121 mln. 515 min manat olub.

Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 51.3% və ya 41 mln. 212 min manat çoxdur.

Bu dövrdə avtomobillərin icbari sığortası üzrə ödənişlərin həcmi isə ötən ilin eyni dövrünə nisbətən 7.5% və ya 5 mln. 95 min manat artaraq 72 mln. 679 min manata çatıb. 

Qeyd edək ki, 2022-ci ilin ilk 9 ayında bu növ sığorta üzrə yığımların məbləği 80 mln. 303 min manat, ödənişlərin məbləği isə 67 milyon 584 min manat olub. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram