"Tesla"nın ucuz modeli Çin şirkətlərində çaxnaşma yaradıb | Banco.az

"Tesla"nın ucuz modeli Çin şirkətlərində çaxnaşma yaradıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinli elektrik avtomobili istehsalçılarının səhmləri ucuzlaşmağa başlayıb.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil istehsalçısı “Tesla”nın Almaniyadakı fabrikində digər modellərindən daha ucuz olan 25 min avroluq bir model çıxaracağına dair xəbər axını sözügedən ucuzlaşmada rol oynayıb.

“Nio Inc.” çərşənbə axşamı Honkonq birjasında  5%-dən çox dəyər itirərək səhmlərin ucuzlaşma tendensiyasına rəhbərlik edib. “XPeng Inc.” qısa müddət ərzində 3%-dən çox dəyər itirib, “BYD Co.”da da ucuzlaşma qeydə alınıb.

Xatırladaq ki, Çinli elektrik avtomobil istehsalçılarının aylıq satışları son dövrlərdə artıb. Lakin bütün şirkətlərə investorlar tərəfindən eyni münasibət göstərilmir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et