"Tesla" bu ölkədəki istehsal müəssisələrində işləyənlərin maaşını artırıb | Banco.az

"Tesla" bu ölkədəki istehsal müəssisələrində işləyənlərin maaşını artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Tesla” Almaniyadakı istehsal fabriklərində çalışan işçilərinin maaşını artırmağa qərar verib.

Banco.az xəbər verir ki, ABŞ-ın elektromobil nəhəngi “Tesla”nın Almaniyadakı rəhbərliyi ötən həftənin sonunda 11 min işçiyə noyabr ayından etibarən 4 faizlik maaş artımı alacaqlarını bildirib.

Həmkarlar ittifaqları daha əvvəl “Tesla” işçilərinin sənaye ortalamasından aşağı qazandıqlarını bəyan etmişdilər.

Məsələ ilə yaxından tanış olan mənbələrin verdiyi məlumata görə, şirkət dekabr ayında inflyasiyanı kompensasiya etmək üçün 1500 avro bonus ödəyəcək və fevral ayından etibarən alman işçilərinin illik maaşını daha 2500 avro artıracaq.

Qeyd edək ki, Almaniyadakı digər avtomobil istehsalçılarından fərqli olaraq, “Tesla” əmək haqqını tənzimləyən kollektiv müqaviləyə malik deyil.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram