Rusların banklara trilyonlarla rubl borcu var | Banco.az

Rusların banklara trilyonlarla rubl borcu var

 Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Rusiya Federal Məhkəmə İcraçıları Xidmətinin (FSSP) məlumatına görə,rusların  ödənilməmiş kreditlərin həcmi bu ilin üçüncü rübünün sonuna qədər demək olar ki, dörd dəfə artıb.

Banco.az-ın  FSSP-nin hesabat dövrünə əsasən məlumat verir ki, cari ildə yığımların ümumi məbləği 2,9 trilyon rubla çatıb.  Ekspertlər hesab edir ki, vəziyyətin bu həddə çatmasına səbəb 2024-cü ilin noyabrından Rusiyada fiziki şəxslər üçün müflisləşmə qaydalarının sadələşdirilməsidir. 

 FSSP-nin məlumatına görə, 21 milyondan çox rusiyalı kreditlər üzrə defoltla üzləşib.  Bu, 2022-ci illə müqayisədə 22% çoxdur. Eyni zamanda, cərimələrin ümumi məbləği 2,9 trilyon rubla çatıb. İl ərzində borc artımı 200 milyard rubl təşkil edib.

Məhkəmə icraçılarının etiraflarına görə, aşağı ödəmə qabiliyyəti ruslar üçün kreditləri vaxtında qaytarmaq çətinləşib.

Bu, əsasən vergilər, mənzil-kommunal xidmətlər üçün ödənişlər və alimentlər üzrə borcları olan vətəndaşlara aiddir.

Analitiklər hesab edir ki, əhalinin borc yükü real gəlirlərin azalması və qiymətlərin artması fonunda artır.

Hazırda  rusların bir çoxu köhnə kreditləri ödəmək üçün yeni kreditlər götürməyə məcburdurlar.  Bu yanaşma, əlbəttə ki, ödəniş öhdəliyini yerinə yetirməmək riskini artırmaqla bərabər, həm də son müddəti gecikdirir.

Ən sərfəli kredit üçün müraciət et

Rusiya Mərkəzi Bankının məlumatına görə, il ərzində əhali arasında kreditlərin sayı artıb. Statistikaya görə, 2 milyon borcalan yeni kredit alıb, üç və daha çox krediti olan borcalanların sayı isə 11,2 milyon nəfərə çatıb.

Bu arada, 2024-cü ilin noyabrından Rusiyada fiziki şəxslər üçün müflisləşmə qaydaları sadələşdirilib. Vətəndaşlar borcları 25 mindən 1 milyon rubla qədər olduqda, məhkəməyə getmədən iflas üçün müraciət edə bilərlər.

Maliyyə üzrə analitiklər qlobal təhlükə barədə xəbərdarlıq edərək bildiriblər ki,  gələn il vəziyyət  daha da pisləşəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et