Avrozonada işsizlik nisbəti artıb | Banco.az

Avrozonada işsizlik nisbəti artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada işsizlik sentyabr ayında artım göstərib.

Banco.az xəbər verir ki, Avropa Statistika İdarəsi (Avrostat) Avropa İttifaqı (Aİ) və Avrozonanın sentyabr ayı üzrə işsizlik göstəricilərini dərc edib.

Məlumatlara görə, Aİ-də avqust ayında 6 faiz olan mövsümi təsirlərdən kənarlaşdırılmış işsizlik nisbəti sentyabr ayında dəyişməz qalıb.

Avrozonada isə avqustda 6,4 faiz olan işsizlik nisbəti sentyabrda 6,5 faizə yüksəlib.

Ötən ilin sentyabrında işsizlik səviyyəsi Avrozonada 6,7 faiz, Aİ-də isə 6,1 faiz təşkil edirdi.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, sentyabrda Aİ-də işsizlərin sayı 13 milyon 26 min nəfər ikən, onların 11 milyon 17 mini Avrozonada yaşayır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et