Çin Mərkəzi Bankı bazardan nağd vəsait çəkib | Banco.az

Çin Mərkəzi Bankı bazardan nağd vəsait çəkib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çin Xalq Bankı maliyyələşdirmə şərtlərinin sərtləşməsinə baxmayaraq, bazardan pul götürüb.

Banco.az xəbər verir ki, Çin Xalq Bankı (PBOC) (mərkəzi bank) maliyyə sistemindən nağd pul çıxarmaqla çərşənbə axşamı pul bazarlarında qısamüddətli borclanma xərclərinin artımını müvəqqəti bir vəziyyət olaraq gördüyünü göstərib.

Belə ki, PBOC 7 günlük əks repo əməliyyatları vasitəsilə bazardan 109 milyard yuan (14,9 milyard dollar) çəkib. Bu prosesdən sonra qısa müddətə bir gecəlik repo dərəcəsi 15 baza bəndi azalaraq 1,71 faiz olub.

Qeyd edək ki, PBOC-un bu addımı son günlərdə vergi ödənişləri və kütləvi dövlət istiqrazlarının satışından irəli gələn ay sonu tələbi səbəbindən maliyyə şərtlərinin kəskin şəkildə sərtləşməsinə baxmayaraq baş verib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram