Müəllif: Mehin Qasımova/Banco.az
Gürcüstanda "Starlink" peyk interneti istifadəyə verilib.
Banco.az xəbər verir ki, bu barədə X-in yaradıcısı İlon Mask məlumat verib.
"Starlink artıq Gürcüstanda mövcuddur",- deyə Musk sosial şəbəkə X (keçmiş Twitter) səhifəsində yazıb.
"Starlink" Gürcüstanda 2022-ci il iyunun sonunda qeydiyyata alınıb. İyulun ortalarında Gürcüstan Rabitə Komissiyası şirkətə respublikada fəaliyyətə başlamaq üçün icazə verib.
Qeyd edək ki, "Starlink" qlobal peyk rabitə sistemi layihəsidir. O, 2002-ci ildə Musk tərəfindən qurulan "SpaceX" tərəfindən hazırlanıb.
Starlink sistemi aşağı Yer orbitində çəkisi 500 kq-a qədər olan çoxlu sayda kiçik cihazları yerləşdirməklə bütün dünya üzrə istifadəçilərin internetə çıxışını təmin etmək üçün nəzərdə tutulub.
Bizi sosial şəbəkələrdən izləyin!!