Müəllif: Tamara Mustafayeva, Banco.az
“Google”un ana şirkəti “Alphabet”in gəlirləri iyul-sentyabr aylarında artım göstərib.
Banco.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhənglərindən “Google”un ana şirkəti “Alphabet” də 2023-cü ilin üçüncü rübü üzrə balans hesabatını açıqlayıb.
Məlumatlar göstərir ki, “Alphabet”in gəliri iyul-sentyabr dövründə ötən ilin eyni dövrü ilə müqayisədə 11 faiz artaraq 76,7 milyard dollara çatıb. Şirkət 2022-ci ilin üçüncü rübündə 69,1 milyard dollar gəlir əldə etmişdi.
Şirkətin xalis mənfəəti isə üçüncü rübdə ötən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artaraq 19,7 milyard dollara çatıb. “Alphabet” ötən ilin eyni rübündə 13,9 milyard dollar xalis mənfəət əldə edib.
“Alphabet”in ötən ilin eyni dövründə 1,06 dollar olan səhm başına mənfəəti də bu ilin eyni dövründə 1,55 dollara yüksəlib.
Bizi sosial şəbəkələrdən izləyin!!