Müəllif: Mehin Qasımova/Banco.az
Avrozona iqtisadiyyatı üçün ilin sonuna qədər tənəzzül proqnozlaşdırılır.
Banco.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Avrozona iqtisadiyyatı əsas sektorlarda işgüzar aktivliyin azalması səbəbindən 2023-cü ilin sonuna qədər resessiyaya girmək riski ilə üzləşir.
S&P Global beynəlxalq reytinq agentliyinin analitiklərinə görə, 2023-cü ilin dördüncü rübünün əvvəlində regionda işgüzar aktivlik indeksi 46,5 bəndədək azalıb. Bu son üç ildə minimum göstəricidir.
Qeyd edək ki, oktyabrın əvvəlində regionda işgüzar aktivlik PMI indeksi üzrə 3,5 bənd geriləyib.
Reytinq agentliyinin məlumatları indeksin cüzi artımını 47,4 bəndədək proqnozlaşdıran iqtisadçıların gözləntilərindən aşağı olub.
Bizi sosial şəbəkələrdən izləyin!!