Amerika neft nəhəngi əsas rəqibini satın aldı | Banco.az

Amerika neft nəhəngi əsas rəqibini satın aldı

Müəllif:Mehin Qasımova/Banco.az

ABŞ -ın ən böyük neft şirkəti "Chevron"  rəqibi Hess Corporation-ın bütün dövriyyədə olan səhmlərini almaq üçün müqavilə imzalayıb. 

Banco.az-ın məlumatına görə, bu barədə "Chevron"  öz saytında məlumat yayıb.

Alıcı şirkətin hər bir səhmi üçün 171 dollar ödəyəcək. "Hess" səhmdarları hər Hess səhmi üçün 1025 "Chevron" səhmini alacaqlar. 

Qiymətli kağızların orta qiymətinə olan mükafat 10,3 faiz təşkil edib. Sövdələşmənin dəyəri 53 milyard dollar, borc da daxil olmaqla 60 milyard dollar qiymətləndirilir. 

Bloomberg -ın məlumatına görə, bu yaxınlarda böyük neft ehtiyatlarının aşkar olunduğu Qayanada "Hess" aktivlərinin alınması nəhəng Chevron-un beynəlxalq arenadakı mövqeyini əhəmiyyətli dərəcədə gücləndirəcək. Stabroek blokunun çıxarıla bilən ehtiyatları 11 milyard bareldən çox neft ekvivalentində qiymətləndirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram