Azərbaycanda mebel istehsalı artıb | Banco.az

Azərbaycanda mebel istehsalı artıb

Müəllif: Gülbəniz Hüseynli /Banco.az

2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycana 98 milyon 755 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Banco.az-ın məlumatına görə,  Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.3% və ya 18 milyon dollar çoxdur. 2022-ci ilin ilk 9 ayında Azərbaycana 80 milyon 738 min dollar dəyərində mebel və onun hissələri idxal edilib.

Hesabat dövründə mebel idxalının ümumi idxalda payı 0.78% təşkil edib. Dövlət Statistika Komitəsinin hesabatına əsasən isə bu ilin yanvar-sentyabr aylarında ölkədə 199.5 milyon manat dəyərində mebel istehsal edilib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 8% çoxdur.

2023-cü ilin yanvar-may aylarında Azərbaycanda 98,6 milyon manat dəyərində mebel  istehsal edilib. Belə ki,  əvvəlki ilin eyni dövrü ilə müqayisədə mebel istehsalı 15,3 milyon və ya 18,4% artıb.

2022-ci ilin yanvar-may aylarında bu göstərici 83,3 milyon manat təşkil edib.

Azərbaycanda mebel istehsalı idxaldan 2 dəfə çoxdur. Ekspertlərin qənaətinə görə, Azərbaycanda mebel sənayesinin inkişafı üçün əsas problemlər ixtisaslı işçi qüvvəsinin az olması və mebel istehsalında istifadə olunan əsas xammalların ölkədən kənarda istehsal edilməsidir.

Azərbaycan Mebel İstehsalçıları Asossiasiyasının məlumatına görə, mebel istehsalı üzrə əsas problemlərdən biri bu sahənin əsas xammallarının - DSP və MDF materiallarının  bu gün ölkəmizdə çatışmamasıdır. DSP materialı isə ümumiyyətlə ümumiyyətlə Azərbaycanda istehsal olunmur, bununla bağlı  heç bir zavod yoxdur. Bu kimi səbəblər üzündən, mebel istehalı üzrə xammalın 85%-i ölkəmizə xaricdən gətirilir – deyə Assosiasiyanın araşdırmasında bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Mebel sənayesi sahəsində mövcud olan digər ciddi problem nəqliyyat xərclərinin də yüksək həddə olmasıdır.

Azərbaycanda yerli xammal komponentləri olan şüşə, taxta və s. materiallar mövcuddur və onları yerli şirkətlər istehsal edir.

Azərbaycanda mebel istehsalı ilə məşğul olan 300-ə yaxın hüquqi, 2000-ə yaxın isə fiziki şəxs var. Bunlardan 50 şirkət Azərbaycan Mebel İstehsalçıları Asossiasiyasının üzvüdür. Həmin şirkətlərə misal olaraq "Embawood”, "Damla”, "Foriella”, "Həsənoğlu” və digər şirkətləri göstərmək olar.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et