"Toyota" istehsalı qismən bərpa edib | Banco.az

"Toyota" istehsalı qismən bərpa edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Toyota Motor” müvəqqəti olaraq dayandırılan istehsalı qismən bərpa edib.

Banco.az xəbər verir ki, “Toyota”nın ehtiyat hissələri tədarükçülərindən biri olan “Chuo Spring Co” şirkətinin Aiçi əyalətindəki fabrikində baş verən partlayış yapon istehsalçının istehsalına mənfi təsir göstərməkdə davam edir.

Oktyabrın 16-da baş verən partlayışda “Chuo Spring Co” zavodunda qurutma sobaları zədələndikdən sonra yaranan nasazlıq qismən aradan qaldırılıb. Şirkət açıqlamasında “Toyota”ya ehtiyat hissələri tədarükünü bərpa etdiklərini bildirib.

Qeyd edək ki, yapon avtomobil istehsalçısı partlayışdan sonra hissələrin tədarükü çatışmazlığı səbəbindən Yaponiyadakı 8 fabrikdə 13 istehsal xəttini müvəqqəti olaraq dayandırmışdı.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram