Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-ın kommersiya xam neft ehtiyatları ötən həftə əvvəlki həftəyə görə təxminən 4 milyon 500 min barel azalıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsi (EIA) ölkədəki kommersiya əhəmiyyətli xam neft ehtiyatlarının ötən həftə təxminən 4 milyon 500 min barel azalaraq 419 milyon 700 min barelə endiyini açıqlayıb.
Bazar proqnozu ehtiyatların 4 milyon 400 min barel azalacağı istiqamətində idi.
Kommersiya xam neft ehtiyatlarına daxil olmayan strateji əhəmiyyətli xam neft ehtiyatları isə dəyişməyərək 351 milyon 300 min barel olub.
Qeyd edək ki, ABŞ-ın xam neft idxalı ötən həftə əvvəlki həftəyə görə gündəlik orta hesabla 387 min barel azalaraq 5 milyon 942 min barelə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!