İngiltərədə pərakəndə satış həcmi azalıb | Banco.az

İngiltərədə pərakəndə satış həcmi azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Böyük Britaniyada pərakəndə satışlar sentyabr ayında azalıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, pərakəndə satışlar avqustda 0,4 faiz artımdan sonra sentyabrda azalıb.

Belə ki, sentyabr ayında pərakəndə satışlar yaşayış dəyəri böhranının təsiriylə 0,9 faiz azalıb.

Qeyri-ərzaq mağazalarının satışları bu dövrdə 1,9 faiz azalsa da, pərakəndə satıcılar payız geyimlərinə edilən xərclərin yaşayış böhranı və hava istiliyinin mövsümi normalardan yüksək olması səbəbindən satışlara təsir etdiyini bildirib.

Sözügedən dövrdə onlayn satışlar da 2,2 faiz azalıb. Avqust ayında bu nisbət 0,9 faiz idi.

Ən sərfəli kredit üçün müraciət et

Sentyabrda yanacaq satışı isə 0,8 faiz artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et