Rusiya Çinə ən çox neft göndərən ölkəyə çevrilib | Banco.az

Rusiya Çinə ən çox neft göndərən ölkəyə çevrilib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinə göndərilən neftlə bağlı “Rosneft”dən açıqlama edilib.

Banco.az xəbər verir ki, Rusiyanın ən böyük neft şirkəti “Rosneft”in prezidenti İqor Seçin Çinin paytaxtı Pekində keçirilən tədbirdə çıxış edib.

Rusiyanın Yaxın Şərqdəki hadisələr fonunda Çinə təhlükəsiz şəkildə neft tədarük etdiyini dilə gətirən Seçin aşağıdakıları söyləyib:

“Neft Şərqi Sibir-Sakit Okean boru kəməri ilə nəql olunur. Bu, Yaxın Şərqdə artan geosiyasi qeyri-sabitliyə görə Hörmüz boğazı və ya Süveyş kanalı vasitəsilə tankerlərin daşınmasından daha etibarlı marşrut kimi görünür.”

O, Rusiyanın Çinə neft nəqlinin artmaqda davam etdiyinə diqqət çəkərək bildirib ki, bu il Çinə 75 milyon tondan çox rus nefti göndərilib ki, bu da keçən illə müqayisədə 25 faiz çoxdur. Həmçinin qeyd edib ki, Rusiya cari ilin 8-ci ayına olan məlumata görə, Səudiyyə Ərəbistanını qabaqlayaraq Çinə ən çox neft göndərən ölkəyə çevrilib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram