Müəllif: Tamara Mustafayeva, Banco.az
Dünya bazarlarında neft qiymətləri ucuzlaşmaqdadır.
Banco.az xəbər verir ki, investorların Yaxın Şərqdəki gərginliyi izləməsi və ABŞ-ın Venesuelaya qarşı bəzi xam neft sanksiyalarını yumşaltması ilə qiymətlər iki həftənin ən yüksək həddindən aşağı düşüb.
ABŞ xam nefti çərşənbə günü 1,9 faiz bahalaşdıqdan sonra bir bareli 88 dollara düşüb.
Brent markalı neftin 1 bareli isə 91,06 dollara satılır.
Bizi sosial şəbəkələrdən izləyin!!