Türkiyədə mənzil qiymətlərində 1,5 ilin ən aşağı illik artımı qeydə alınıb | Banco.az

Türkiyədə mənzil qiymətlərində 1,5 ilin ən aşağı illik artımı qeydə alınıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Türkiyənin mənzil sektorunda illik inflyasiya azalmaqda davam edir.

Banco.az xəbər verir ki, Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) açıqladığı mənzil qiymətləri indeksinə görə, ölkə daxilində mənzil qiymətləri avqust ayında əvvəlki illə mqayisədə 90,26 faiz artıb.

Beləliklə, 2022-ci ilin yanvarından bəri illik əsasda ən yavaş artım müşahidə olunub.

Aylıq olaraq isə artım 5,49 faiz təşkil edib. 

Avqust ayına olan məlumatlar göstərir ki, Türkiyə daxilində bir mənzilin orta kvadrat metr qiyməti 27 min 840 türk lirəsinə qalxıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et