ChatGPT avqustda Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub | Banco.az

ChatGPT avqustda Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub

Müəllif: Gülnar Əhmədli, Banco.az

Ötən ay ChatGPT 83,61% payla Azərbaycanda ən çox istifadə edilən süni intellekt tətbiqi olub. 

Banco.az "statcounter"ə istinadən xəbər verir ki, iyul ayında ChatGPT-nin payı 87,39% təşkil edirdi.

Məlumata görə, ötən ay ölkədə ən çox istifadə edilən süni intellekt tətbiqləri bunlar olub: Google Gemini (11,45%), Perplexity (1,47%), Claude (2,99%) Microsoft Copilot (0,48%).

Qeyd edək ki, iyulda qlobal miqyasda da ən çox istifadə edilən süni intellekt tətbiqi ChatGPT (79,4%) olub. Onun ən yaxın rəqibi Google Gemini-ın payı isə 10,93% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram