Məşhur neft şirkətinin səhmləri rekord qırıb | Banco.az

Məşhur neft şirkətinin səhmləri rekord qırıb

Müəllif: Mehin Qasımova/Banco.az

Məşhur neft şirkətinin səhmləri rekord qırıb.

Banco.az xəbər verir ki, dünyanın ən böyük enerji şirkətlərindən biri olan Shell-in səhmləri enerji qiymətlərinin artması və şirkətin yeni baş direktorunun strategiya dəyişikliyi ilə birlikdə London birjasında rekord səviyyəyə qalxıb.

Şirkətin səhmləri London birjasında 1 faizdən çox artaraq hər səhm üçün 2758 pens olub .

"Shell" səhmləri 3 il ərzində 3 dəfə artıb.

2020-ci ildə Covid-19 pandemiyası zamanı 878,3 pensə düşən səhm qiyməti, o vaxtdan bəri nəzərəçarpacaq dərəcədə üç qat artım göstərib.

Mütəxəssislər qiymətlərin bərpasında şirkətin müxtəlif dövrlərində çalışmış yüksək səviyyəli menecerlərin strateji transformasiyalarının təsirli olduğunu bildiriblər.

Ən sərfəli kredit üçün müraciət et

2022-ci ildən vəzifəyə  yeni təyin olunan baş direktor Wael Sawan, xalis sıfır karbon hədəflərinə riayət etməklə yanaşı, şirkətin investisiyalarını əsasən qaz və neftə yönəldib. Baş direktor  maliyyə intizamına və performansa diqqət yetirərək daha yüksək gəlirli investorları cəlb etməyə çalışdığını bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et