Türkiyənin polad tələbatında rekord artım gözlənilir | Banco.az

Türkiyənin polad tələbatında rekord artım gözlənilir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Bu il dünya polad tələbatının 1,8 faiz artacağı proqnozlaşdırılır.

Banco.az xəbər verir ki, Dünya Polad Assosiasiyasının (worldsteel) Qısamüddətli Perspektiv hesabatına görə, qlobal polad tələbi keçən il 3,3 faiz azaldıqdan sonra bu il artmağa başlayıb.

Hesabatda bu il dünya polad tələbatının 1,8 faiz artacağı, gələn il isə bu artımın 1,9 faizə yüksələcəyi proqnozlaşdırılıb.

Türkiyənin polad tələbatının isə bu il rekord nisbətdə - 19 faiz artması və artımın 2024-cü ildə də davam edəcəyi gözlənilir. 

Xatırladaq ki, episentri Qəhrəmanmaraşda olan zəlzələlərdən sonra aparılan yenidənqurma prosesi Türkiyədə tələbin artmasında hərəkətverici qüvvə hesab edilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et