Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən həftə ABŞ-ın kommersiya xam neft ehtiyatları əvvəlki həftə ilə müqayisədə 10,2 milyon barel artıb.
Banco.az xəbər verir ki, ABŞ Enerji İnformasiya İdarəsinin (EIA) məlumatına görə, ölkənin kommersiya xam neft ehtiyatları 424 milyon 200 min barelə çatıb.
Eyni zamanda ABŞ-ın strateji xam neft ehtiyatlarının həcmi 351 milyon bareli ötüb. Benzin ehtiyatları isə 1 milyon 300 min barel azalaraq 225 milyon 270 min barelə enib.
Qeyd edək ki, ötən həftə ABŞ-ın xam neft idxalı əvvəlki həftə ilə müqayisədə gündəlik orta hesabla 115 min barel artaraq 6 milyon 329 min barel olub. Xam neft ixracı isə gündəlik orta hesabla 1 milyon 889 min barel azalaraq 3 milyon 67 min barelə enib.
Bizi sosial şəbəkələrdən izləyin!!