Müəllif: Gülnar Əhmədli, Banco.az
Çinin ixrac və idxalında növbəti dəfə azalma qeyd alınıb.
Banco.az xəbər verir ki, Çin Gömrük İdarəsinin məlumatlarına görə, Çinin sentyabr ayında idxalı və ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 6,2% azalıb.
Bununla ölkənin ixracı 299,1 milyard dollar, idxalı isə 221,4 milyard dollar təşkil edib.
İqtisadçılar ixracın 7,6%, idxalın isə 6% azalacağını gözləyirdilər.
Qeyd edək ki, sentyabrda Çinin xarici ticarət profisiti isə 77,7 milyard dollar olub. Bu göstərici avqustda 68,4 milyard dollar olaraq qeydə alınmışdı.
Bizi sosial şəbəkələrdən izləyin!!