Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu il sentyabr ayının 1-i tarixinə Azərbaycan banklarının dövlət xətti ilə verdiyi ipoteka kreditlərinin orta məbləği 60391 manat təşkil edib.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.
Hesabata görə, bu, 1 ay əvvəllə müqayisədə 0,3%, ötən il sentyabrın 1-i ilə müqayisədə isə 5,7% çoxdur. Sentyabr ayına verilmiş ipoteka kreditləri üzrə orta faiz dərəcəsi isə 6,3% təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!