Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcək | Banco.az

Səudiyyə Ərəbistanı neft hasilatını azaltmağa davam edəcək

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı neft hasilatının ixtisarını davam etdirəcək.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanı iyul ayından etibarən tətbiq etməyə başladığı gündəlik 1 milyon barel hasilatın azaldılması qərarını ilin sonuna qədər davam etdirəcəyini açıqlayıb.

Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA-nın Energetika Nazirliyindəki mənbələrə əsaslanaraq dərc etdiyi xəbərdə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) iclasından əvvəl neft hasilatının könüllü olaraq kəsilməsi ilə bağlı məlumat verilib.

Xəbərdə Səudiyyə Ərəbistanının iyul ayından etibarən həyata keçirdiyi gündəlik 1 milyon barel könüllü ixtisar qərarını dekabrın sonuna qədər davam etdirəcəyi bildirilib.

Xatırladaq ki, bu norma Səudiyyə Ərəbistanının aprel ayında açıqladığı “2024-cü ilin dekabrına qədər gündəlik neft hasilatını 500 min barel azaltmaq” qərarına əlavədir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram