Türkiyədə inflyasiya bu ilin ən yüksək səviyyəsinə çatıb | Banco.az

Türkiyədə inflyasiya bu ilin ən yüksək səviyyəsinə çatıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Türkiyədə sentyabr ayında inflasiya 61%-i (61,53%) ötüb və bu ilin yüksək səviyyəsinə çatıb. 

Banco.az xəbər verir ki, Türkiyə Statistika Təşkilatı (TÜİK) tərəfindən açıqlanan məlumatlara görə, ötən ay inflyasiya əvvəlki ayla müqayisədə 4,75 faiz təşkil edib. 

İqtisadçılar aylıq inflyasiyanın 5 faiz, illik inflyasiyanın isə 61,9 faiz olacağını gözləyirdilər.

Bununla yanaşı, baza inflyasiyası da 64,85 faizdən 68,93 faizə yüksəlib.

Qeyd edək ki, əvvəlki ilin eyni ayına nəzərən ən yüksək artım 92,48 faizlə restoran və otel biznesində müşahidə olunub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram