Azərbaycanda bankların 88%-i öz fəaliyyətində ətraf mühitin qorunması ilə bağlı tədbirlər həyata keçirib.
Banco.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının keçirdiyi "Dayanıqlı Maliyyə üzrə Sorğu" nəticələrində qeyd edilib.
Məlumata görə, banklar öz fəaliyyətlərində ətraf mühitin qorunması ilə bağlı kağız həcminin azaldılması, elektrik enerjisinə qənaət, ağacəkmə aksiyalarında iştirak, dənizkənarı tullantıların təmizlənməsi, elektrik batareyaların düzgün utizilizasiya edilməsi üçün toplanma məntəqəsinin yaradılması, plastik istifadəsinin azaldılması və tullantıların təkrar emalı istiqamətində işlər görülüb.
Qeyd edilib ki, bankların 13%-i beynəlxalq maliyyə institutlarının maddi və ya texniki dəstəyi ilə ətraf mühitin qorunmasını dəstəkləyən layihələr həyata keçirildiyini bildirib. Bu layihələrə ağac əkilməsini dəstəkləyən bank kartlarının buraxılması, ESİ üzrə qaydaların hazırlanması, iqtisadi fəaliyyət növləri üzrə istisna siyahısı, ESİ hesabatının yenilənməsi və s. nümunə göstərmək olar.
Bizi sosial şəbəkələrdən izləyin!!