Expressbank
Proqram təminatlarının idarə olunması və dəstəklənməsi şöbəsi/Mütəxəssis
Vakansiya haqqında məlumat:
Təsvir
- Bankın struktur bölmələrinin əməkdaşlarının İT məsələlər üzrə müraciətlərinin qəbul edilməsini və icra olunmasını təmin edir;
- Bankın struktur bölmələrində proqram və texniki vasitələrin istismarı zamanı ortaya çıxan problemləri həll etmək üçün operativ tədbirlər görür;
- İstifadəçilərdə yaranmış problemlərin (və ya sualların) tezliklə həll olunması və sistemlərdən düzgün istifadə edilməsi üçün lazım olan məlumatların təqdim edilməsini təmin edir;
- Müxtəlif fövqəladə və qeyri-standart məsələləri və ya problemləri həll etmək üçün operativ tədbirlər görür və yaranmış məsələlərin və problemlərin hesabatını aparır;
- Müraciət edən istifadəçi ilə problemin həll edildiyinin təsdiqlənməsi və nəticələrin mütləq qeyd edilməsini təmin edir.
Bizim üstünlüklərimiz:
- Tibbi sığorta;
- Bilik və bacarıqlarının təkmilləşdirilməsi üzrə təlimlər;
- Professional və maddi inkişaf perspektivləri;
- Peşəkar korporativ mühitdə işləmək imkanı.
Tələblər
- Dil bilikləri: Azərbaycan və Rus dili əla, İngilis dilini orta səviyyədə bilməli;
- Analitik təhlil və detallara fikir vermə qabiliyyəti;
- Temenos T24 sistemində müvafiq səviyyədə işləmək bacarığı;
- Komandada işləmək və yüksək kommunikasiya bacarığı.
Müraciət üçün daxil olun