Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan banklarının xarici öhdəliklərinin həcmi bu ilin sentyabrın 1-i tarixinə 2 milyard 353 milyon manat olub.
Banco.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, bir ay əvvələ nəzərən 22 mln. manat və ya 0,9% çoxdur.
Qeyd edilib ki, xarici öhdəliklərdəki qeyd olunan dəyişiklik əsasən qeyri-rezident hüquqi və fiziki şəxslərin qısamüddətli depozitlərinin həcmindəki artım ilə əlaqədardır.
Hesabata görə, bankların xarici öhdəlikləri ilin əvvəlinə nəzərən 591,1 mln. manat, illik müqayisədə isə 39,5% artıb.
Bizi sosial şəbəkələrdən izləyin!!