Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin vahid rəqəmsal aqro-data platformasının yaradılması planlaşdırılır.
Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov türk dövlətlərindən olan həmkarları ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.
"Azərbaycan tərəfi olaraq türk dövlətlərinin vahid rəqəmsal aqro-data platformasının yaradılması, TDT brendi altında birgə kənd təsərrüfatı və qida məhsullarının istehsalı (OTS-Made) kimi ideyalarımızı və təkliflərimizi təqdim etdik və bu istiqamətdə işlərin aparılması ilə bağlı razılıq əldə etdik", - deyə o qeyd edib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!