Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycan bankları 2023-cü ilin yanvar-avqust aylarında 724.2 mln. manat xalis mənfəət, 1,064 mln. manat məbləğində əməliyyat mənfəəti əldə ediblər.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların xalis və əməliyyat mənfəəti müvafiq olaraq 23% və 25% artıb.
Məlumata görə, 2023-cü ilin 8 ayında banklar tərəfindən 187.4 mln. manat məbləğində mənfəət vergisi ödənilib. Bu da illik müqayisədə 38% və ya 51.7 mln. manat çoxdur.
Bizi sosial şəbəkələrdən izləyin!!