İtaliya Azərbaycandan neft idxalını 11% azaldıb | Banco.az

İtaliya Azərbaycandan neft idxalını 11% azaldıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında İtaliyaya 4,7 milyard dollar dəyərində 7,5 milyon ton neft ixrac edib.

Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac edilən neftin dəyəri illik müqayisədə 594 milyon 417 min dollar və ya 11,2% azalıb.

İtaliyaya neft ixracının həcmi isə ötən ilin yanvar-avqust aylarına nisbətdə 7,3% artıb. Belə ki, ötən ilin eyni dövründə Azərbaycan İtaliyaya 7,1 milyon ton neft satıb. 

Hesabat dövründə İtaliya Azərbaycanın ən böyük neft idxalçısı olub. İlk 8 ayda iki ölkə arasındakı ticarət dövriyyəsinin dəyəri isə 11,4 milyard dollara bərabər olub. 

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et