Azərbaycanın gələn il üçün dövlət büdcəsində Dövlət Neft Fondundan (ARDNF) transfertin məbləği 12 milyard 781 milyon manat nəzərdə tutulub.
Banco.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2023-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 8,9% çoxdur.
Qeyd edilib ki, ARDNF-dən planlaşdırılan transfert proqnozlaşdırılan büdcə gəlirlərinin 37,9%-ini təşkil edir.
Bizi sosial şəbəkələrdən izləyin!!