Müəllif: Tamara Mustafayeva, Banco.az
Avropa İttifaqı (Aİ) ölkələrində elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı ötən ay ilk dəfə olaraq 20 faizi ötüb.
Banco.az xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Assosiasiyası (ACEA) avqust ayı üzrə Aİ ölkələrinin yeni avtomobil qeydiyyat məlumatlarını açıqlayıb.
Məlumatlar göstərir ki, Aİ ölkələrində yeni avtomobil satışları avqust ayında 2022-ci ilin eyni dövrü ilə müqayisədə 21 faiz artaraq 787 min 626 ədədə çatıb.
İttifaqa üzv ölkələrdə yeni nəqliyyat vasitələrinin qeydiyyatı 2023-cü ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə 17,9 faiz artaraq 7 milyon 78 min 464 ədədə çatıb.
Bu dövrdə Aİ ölkələrində satılan yeni avtomobillərin 32,7 faizi benzin, 23,9 faizi hibrid, 21 faizi tam elektrik, 12,5 faizi dizel, 7,4 faizi plug-in hibrid, 2,5 faizi isə digər yanacaqlardan ibarət olub. Bununla da, Beləliklə, ölkələrində elektriklə işləyən avtomobillərin ümumi satışdakı payı ilk dəfə olaraq 20 faizi ötüb və dizellə işləyən avtomobilləri keçib.
Bizi sosial şəbəkələrdən izləyin!!