Cənubi Koreya nüvə enerjisi üzrə hədəflərini artırıb | Banco.az

Cənubi Koreya nüvə enerjisi üzrə hədəflərini artırıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Cənubi Koreya nüvə enerjisi ilə bağlı hədəflərini artırmağa çalışır.

Banco.az xəbər verir ki, nüvə enerjisi sahəsində qabaqcıl ölkələrdən biri olan Cənubi Koreya son illərdə xarici ölkələrdə həyata keçirdiyi və təşəbbüs göstərdiyi atom elektrik stansiyası layihələri ilə beynəlxalq aləmdəki iddiasını artırmaq niyyətindədir.

Məum olduğu kimi, ölkə prezidenti Yun Suk Yeol 2022-ci ildə hakimiyyətə gəldikdən sonra ölkədəki siyasi oriyentasiyanı kökündən dəyişərək nüvə enerjisinə yenidən dominant rol verib.

Xaricdəki ilk nüvə stansiyası layihəsini Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) tamamlamaq üzrə olan Cənubi Koreya hazırda Türkiyədən Polşaya, Misirdən Uqandaya qədər müxtəlif ölkələrdəki elektrik stansiyası layihələrinə maraq göstərir.

Xatırladaq ki, Cənubi Koreya ABŞ, Fransa, Çin, Yaponiya və Rusiyadan sonra ən yüksək nüvə enerjisi gücünə malik altıncı ölkədir. Rəsmi məlumatlara görə, 2021-ci ilə qədər ölkədə nüvə enerjisindən elektrik enerjisi istehsalı 24,7 giqavata çatıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram