Müəllif: Gülnar Əhmədli, Banco.az
Azərbaycana bu ilin yanvar-avqust aylarında 183 milyon 580 min ABŞ dolları dəyərində 668 min 319 ton buğda idxal edilib.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 5,1% azalıb, həcmi isə 23,9% artıb.
Məlumata görə, bu dövrdə idxal edilən buğdanın 1 tonunun qiyməti təxminən 274,6 dollar olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,4% və ya 84,1 dollar azdır.
Əlavə edək ki, bu ilin 8 ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 1,65%-nə bərabər olub.
Bizi sosial şəbəkələrdən izləyin!!