Bu il Azərbaycanın neft ixracı 3% artıb | Banco.az

Bu il Azərbaycanın neft ixracı 3% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycan bu ilin yanvar-avqust aylarında 11 milyard 234 milyon 779 min ABŞ dolları dəyərində 18 milyon 506 min ton neft ixrac edib.

Banco.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Azərbaycanın neft ixracından gəlirləri 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,1% azalıb, neftin həcmi isə 2,9% artıb. 

Qeyd edək ki, bu dövrdə neft ixracının ölkənin ümumi ixracında payı 46,13% təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram