Bu ilin yanvar-iyul aylarında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu 41 yeni dövlət standartı qəbul edib.
Bunu Dövlət Xidmətinin sədri Məmməd Abbasbəyli "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 51,9% çoxdur.
7 ay ərzində qəbul edilmiş standartların 34,1 %-i və yaxud 14-ü aqrar və qida sahəsi üzrə, 5-i ekologiya sahəsi üzrə, 3-ü kosmetika sahəsi üzrə, 1-i elektronika, informasiya texnologiyaları və telekomunikasiya sahələri üzrə, 3-ü neft və kimya sahələri üzrə, 3-ü ağır sənaye və maşınqayırma sahələri üzrə, 4-ü tikinti materialları üzrə, 3-ü qiymətli metallar və qiymətli daşlar üzrə, 1-i idarəetmə sistemləri sahəsi üzrə, 2-si tibb sahəsi üzrə, 2-si isə təşkilati və metodoloji sahəsi üzrə qəbul edilib.
report
Bizi sosial şəbəkələrdən izləyin!!