Bu il BTC ilə neftin nəqli 6% artıb | Banco.az

Bu il BTC ilə neftin nəqli 6% artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Magistral neft kəmərləri ilə bu ilin yanvar-avqust aylarında 26 456,9 min ton neft nəql edilib.  

Banco.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, nəqletmənin 76,2 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib.

Cari ilin 8 ayı ərzində bu kəmər vasitəsilə 20 149,8 min ton (illik müqayisədə 6% çox) neft ötürülüb. Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 83,5 faizini və ya 16 834,5 min tonunu Azərbaycanda hasil edilən neft, 16,5 faizini və ya 3 315,3 min tonunu isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram