2023-cü yanvar-avqust aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə vergi daxilolmalarının həcmi 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,4% artaraq 12 milyard 80,4 milyon manat təşkil edib.
Banco.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsində bildirib.
"Bu müddətdə qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 20,5% artaraq 6 milyard 865,6 milyon manat olub", - nazir qeyd edib.
Bizi sosial şəbəkələrdən izləyin!!