ACE dünyada ilk uzaqdan idarə olunan platforma olacaq | Banco.az

ACE dünyada ilk uzaqdan idarə olunan platforma olacaq

Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqları blokunda tikilən "Azəri Mərkəzi Şərqi” (ACE) Xəzərdə ilk, dünyada isə ilk uzaqdan idarə olunan və müşahidə edilən platformalardan biri olacaq.

Bunu jurnalistlərə Səngəçal terminalının rəhbərlərindən biri Fil Qrey bildirib.

Onun sözlərinə görə, əgər hazırda platformalar avtonom şəkildə yerindən idarə olunursa, ACE platforması Səngəçalda yerləşən mərkəzdən idarə olunacaq.

Qeyd olunub ki, platformada daimi 175-180 mütəxəssis çalışacaq, lakin perspektivdə bütün avadanlıq yoxlanıldıqdan, optimallaşdırıldıqdan, platformanın işi tam avtomatlaşdırıldıqdan sonra burada fəaliyyət göstərən işçilərin sayı minimuma endiriləcək.

Qeyd edək ki, 6 milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 mln. barelədək neft hasil olunacağı proqnozlaşdırılır.

Ən sərfəli kredit üçün müraciət et

Apa

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et