Müəllif: Gülnar Əhmədli, Banco.az
"Azərbaycanın qeyri-neft ixracatı artım tempini qoruyub saxlayıb. Belə ki, bu ilin ilk 8 ayında qeyri-neft ixracatı əvvəlki ilin uyğun dövrü ilə müqayisədə 17.8 faiz artaraq 2 milyard dollardan çox olub".
Banco.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, qeyri-neft ixrac dəyərində Rusiya 32 faizlə ilk sırada olsa da, bu, mövsümi olaraq şimal qonşumuza daha çox kənd təsərrüfatı məhsulları ixrac etməyimiz ilə bağlıdır: "Belə ki, qeyri-neft ixracatımızda 27.7 faizlə ikinci ən böyük tərəfdaşımız olan qardaş Türkiyənin növbəti aylarda payının daha da artacağı gözlənilir. Bütövlükdə, növbəti dövrlərdə qeyri-neft ixracatında Türkiyənin Azərbaycanın əsas tərəfdaşı olacağı gözlənilir. Gürcüstan qeyri-neft ixracat məhsullarımızın 9.9 faizini, İsveçrə 4.1 faizini, Qazaxıstan isə 3.3 faizini alır".
"Bu müddətdə ümumi ixracatın həcmi 16 milyard 776 milyon dollar olub. Göründüyü kimi, qeyri-neft ixracatın həcminin artmasına baxmayaraq, ümumi ixracatda payı hələ də yüksək deyil. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı islahatların daha da dərinləşdirilməsi prioritetliyini qoruyub saxlamaqdadır", - V. Bayramov vurğulayıb.
Əlavə edək ki, Dövlət Gömrük Komitəsinin bu ilin 7 ayına olan məlumatına görə, cari ilin əvvəlindən qeyri-neft ixracımız aşağıdakı kimi dəyişib:
Aylar |
Qeyri-neft ixracının məbləği (min ABŞ dolları) |
Yanvar |
284.532.000 |
Yanvar-fevral |
651.423.310 |
Yanvar-mart |
912.192.590 |
Yanvar-aprel |
1.187.218.660 |
Yanvar-may |
1.465.801.510 |
Yanvar-iyun |
1.773.346.570 |
Yanvar-iyul |
2.006.900.350 |
Bizi sosial şəbəkələrdən izləyin!!