İngiltərədə gəlir artımı 2001-ci ilin maksimumuna çatıb | Banco.az

İngiltərədə gəlir artımı 2001-ci ilin maksimumuna çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

İngiltərədə işsizlik 2021-ci ilin sentyabrından bəri ən yüksək səviyyəyə çatıb.

Banco.az xəbər verir ki, Britaniya Milli Statistika İdarəsinin (ONS) məlumatına görə, ölkədə iyun ayında 4,2 faiz olan işsizlik iyulda 4,3 faizə yüksəlib. Bu da, 2021-ci ilin sentyabr ayından bəri müşahidə olunan pik səviyyədir.

Ekspertlər də işsizliyin sözügedən dövrdə 4,3 faiz artacağını proqnozlaşdırmışdılar.

İyulda bonuslar nəzərə alınmadan illik gəlir isə 7,8 faiz artıb. ONS açıqlamasında iyul ayının gəlir artımının 2001-ci ildən bəri ən yüksək illik artım olduğunu qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram