Azərbaycan Avropaya 7,6 mlrd. kubmetr qaz ixrac edib | Banco.az

Azərbaycan Avropaya 7,6 mlrd. kubmetr qaz ixrac edib

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin yanvar-avqust aylarında Azərbaycanın qaz ixracı 9% artıb.

Banco.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Hesabat dövründə Avropaya 7.6 mlrd. m3, Türkiyəyə 6.7 mlrd. m3, Gürcüstana isə 1,5 mlrd. m3 qaz ixrac olunub. Bu dövrdə TANAP Türkiyəni 3,8 mlrd. m3 qazla təchiz edib", - nazir qeyd edib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram